Ehtiyatsızlıq gəncin ölümünə səbəb oldu

Ehtiyatsızlıq gəncin ölümünə səbəb oldu

İmişli rayonunda 11 yaşlı uşağın elektrik cərəyanı ilə ehtiyatız davranması sonda ölümlə nəticələnib. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə İmişli rayonun Xəlfəli kəndində iyul ayının 22-də saat 9:00 radələrində baş verib.

Həmin kəndin sakini 11 yaşlı Mikayılov Mais İzahət oğlu öz evlərində çörək bişirmək üçün nəzərdə tutulan sobanı elektrikdən ayıran zaman ehtiyatsızlıqdan naqailə toxunub. Nəticəd 11 yaşlı oğlan uşağı yerindəcə dunyasını dəyişib.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə