Şəhərin mərkəzində avtomobil qəzası baş verib - Fotosessiya

Şəhərin mərkəzində avtomobil qəzası baş verib - Fotosessiya

Bu gün 17:30 radələrində Bakı şəhərində ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb. Qəzada 10 TF 867 markalı sərnişin avtobusu ilə 90 BX 135 nömrəli Nisaan markalı minik maşını toqquşub.

Məlumat üçün bildirək ki, qəzada hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Şahidlərin dediyinə görə, qəza təmirlə bağlı olaraq Nissan markalı avtomobilin yolun əks istiqamətdə hərəkət etməsi olub.

Qeyd edək ki, hadisənin dəqiq baş vermə səbəbi qəza yerində araşdırma aparan Dövlət Yol Polisinin ekspertizasından sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə