Goranboyda tikintidə uçqun olub, 2 ölü

Goranboyda tikintidə uçqun olub, 2 ölü

Goranboyda tikinti bədbəxt hadisə ilə nəticələnib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib.


Nəticədə 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölüblər. Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılıblar.


Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə