Qayın yeznənin başını kəsdi

Ötən gün saat 17:00 radələrində Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində dəhşətli qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə qəsəbənin Albalı bağ massivində qeydə alınıb.


Belə ki, bağ evində yaşayan, 57 yaşlı Nazim Əhəd oğlu Babayevin meyidi tapılıb. Onun boğazı kəsilmiş vəziyyətdə olub.


Həyata keçirilən araşdırmalar nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, N.Babayev qaynı, 1967-ci il təvəllüdlü Arif Kazımov tərəfindən öldürülüb. Hadisənin nə səbəbdən baş verdiyi məlum deyil.


Hadisəni törədən A.Kazımov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə