Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində güclü yanğın baş verib

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində güclü yanğın baş verib

İyulun 19-da saat 07:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin anbarında yanğın baş verib. DSX-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə yerinə Azərbaycan Respublikasının baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Respublikasının Fövqaladə Hallar naziri general-polkovnik Kəmalləddin Heydərov, Azərbaycan Respublikası dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev gəlib.

Məlumat üçün bildirək ki, yanğının söndürülməsi üçün dərhal hadisə yerinə gəlmiş Fövqaladə Hallar Nazirliyinin xüsusi dəstələri və texnikası, o cümlədən aviatexnikası tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb və az müddətdən sonra yanğın tam söndürülüb.

Hazırda baş vermiş hadisə ilə əlaqədar Fövqaladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə