Ağdam rayonu Xındırıstan kənd sakini 16 yaşlı Ceyhun Cəfərov yaxınlıqdakı bağdan tapdığı döyüş sursatını əlinə götürərkən partlayış olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə,
müxtəlif dərəcəli bədən xəsarətləri alan Ceyhun Cəfərov Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Həkimlərin ciddi səylərinə baxmayaraq yaralının sol qolu amputasiya olunub.
Məlumat üçün qeyd edək ki, həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB