Qayın yeznənin evini soydu
İyulun 14-də Nəsimi küçəsində yaşayan Orxan Qurbansoyun mənzilindən açarseçmə yolu ilə 100 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. SİA-nın Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Orxan Qurbansoyun həmin mənzildə yaşayan qaynı Cabbar Sadıqov yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə