Paytaxtda maşınqayırma zavodunda yanğın baş verib

Paytaxtda maşınqayırma zavodunda yanğın baş verib

Bakı şəhəri, Xətai rayonunda Bakı Maşınqayırma Zavodu ərazisində 5000 kv.m sahədə qamışlıq və quru ot yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ərazidəki obyektlər və yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğının vaxtında qarşısı alınıb.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə