ANS-in keçmiş baş direktoru qəzaya düşüb-EKSKLÜZİV

ANS-in keçmiş baş direktoru qəzaya düşüb-EKSKLÜZİV

Şəkidə fəaliyyət göstərən Kanal S televiziyasının direktoru Rəşad Məmmədovla gənc yazıçı Elçin Səfərli yol qəzası keçiriblər. Bu barədə SİA-ya Rəşad Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, Şəki yolunda baş verən qəzada onlarla birgə daha iki gənc olub.


Xəsarət alan olmasa da Rəşad və Elçin bərk həyacan keçiriblər. İndi onların vəziyyəti qənaətbəxşdir.


Onu da əlavə edək ki, Rəşad Məmmədov uzun illər ANS telekanalında proqram derektoru, sonra isə eyni kanalda baş direktor vəzifəsində çalışıb.


Bütün xəbərlər Facebook səhifəmizdə