Polis Hacıqabulda 7 ədəd çətənə kolu aşkar edib

Polis Hacıqabulda 7 ədəd çətənə kolu aşkar edib

Hacıqabulda polis narkotik xammalı sayılan 7 ədəd çətənə kolu aşkar edərək götürüb. SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Qadir Quliyev bildirib ki, daxil olmuş məlumat əsasında rayonun M.Rəsilzadə küçəsi ev 107 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Qarayev Xanlar Gəray oğlunun həyətyanı sahəsinə baxış keçirilən zamanı aqrotexniki qaydada əkilərək qulluq olunmuş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə