Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Kamil Ələsgərov idarə etdiyi "QAZ-31029" markalı avtomobillə Şəhriyar Musayevi vurub. Nəticədə Şəhriyar Musayev ağır xəsarət alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, aldığı xəsarətdən həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə