Gürcüstan vətəndaşı Azərbaycanda oğurluq etdi

Gürcüstan vətəndaşı Azərbaycanda oğurluq etdi
Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşı həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Koba Kvaxadzedən 1 qramdan artıq heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, o, iyunun 24-dən 28-dək olan müddətdə A. Mustafayev küçəsində yaşayan Talıb Qasımovun evindən qıfılı sındırma yolu ilə suvenir, iyunun 28-də İ. Həmid küçəsində yaşayan Ramin Xəlilovun evindən qıfılı sındırma yolu ilə 1000 manat, qızıl zinət əşyaları oğurlayıb. İyulun 4-də isə Cavadxan küçəsində yaşayan Mehman Əşrəfovun evindən qıfılı sındırma yolu ilə oğurluğa cəhd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə