Tərtər rayonunun Seyidimli kəndində evin yardımçı tikilisində yanğın hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, elektrik naqillərində baş verən qısa qapanmadan əl damı yanaraq külə dönüb.
Hadisə zamanı yardımçı binada olan ailənin ərzaq məhsulları, xüsusilə çörək məmulatı üçün taxıl ehtiyyatı yanıb. Qısa zamanda alovlanan yanğın evə də keçib. İlkin müdaxilə olaraq kənd sakinləri köməyə gəlsələr də, FHN-nin rayon şöbəsinin iki yanğınsöndürən avtomobilinin müdaxiləsilə evin dam örütüyünə keçən alov söndürülüb.
Qeyd edək ki, həmin kənddə bir müddət əvvəl də ikimərtəbəli fərdi yaşayış evi yanmışdı.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB