Sabirabadda 7 yaşlı piyadanı maşın vuraraq öldürüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə 1964 ci il təvəllüdlü, Saatlı rayonu Əhmədbəyli kənd sakini Süleymanov Cəlil Salman oğlu idarə etdiyi \"Toyota\" markalı 90 LC 090 aftomomillə Sabirabad şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən piyadanın vurulması ilə bağlı qəza törədib.
Hadisənin törənməsinə səbəb rayonun Qalağayın kənd sakini 7 yaşlı Əliyev Bayram Rövşən oğlunun qəfildən maşının qarşısına çıxması olub. Hadisə şahidlərinin dediyinə görə, uşaq anasının əlini buraxıb yolu qaçaraq keçib. Yaralı dərhal Sabirabad rayon mərkəzi xəstəxanasına aparılsa da, yolda dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB