Ailə münaqişəsi daha bir cinayətə səbəb oldu

Ailə münaqişəsi daha bir cinayətə səbəb oldu

Bərdədə bıçaqlanma hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Balaqəcər kənd sakini 26 yaşlı Vasif Ağayev yaşadığı evin həyətində ailə münaqişəsi zəminində arvadı Günay Ağayevanı əvvəlcə döyərək baş nahiyyəsindən bir neçə dəfə dəmir və taxta parçası ilə vurub, daha sonra üzərində olan cib bıçağı ilə onun qarın nahiyyəsindən zərbə endirib. Ağır yaralanan Günay Ağeyeva kənar şəxslərin köməyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Məlumat üçün bildirək ki, travmatologiya şöbəsində olan yaralı qadının vəziyyəti orta ağırdır.


Qeyd edək ki, hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb istintaq aparılır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə