Bakı polisi avtomobil nömrə nişanlarını oğurlayan şəxsi tutub

Bakı polisi avtomobil nömrə nişanlarını oğurlayan şəxsi tutub

Bakı polisi tərəfindən avtomobil və avtomobil nömrə nişanları oğurlayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Namazov iyulun 5-də tutulub.

Məlum olub ki, o, mayın 24-də İftixar Vəliyevə, mayın 26-da isə Anar Mehrəliyevə məxsus \"VAZ 2107\" markalı avtomobilləri qaçırıb.

Bundan başqa iyulun 3-nə keçən gecə 28 may küçəsində Azər Zeynalova məxsus \"BMW\", Səfəralı Ələkbərova məxsus \"KİA\", Elçin Həsənova və Könül Vəliyevaya məxsus \"Mersedes\" markalı avtomobillərin arxa dövlət qeydiyyat nömrələrini oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə