Mənzildən külli miqdarda oğurluq edən şəxs tutulub

Mənzildən külli miqdarda oğurluq edən şəxs tutulub

Azərbaycanda mənzildən külli miqdarda oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, iyulun 5-i saat 11:00 radələrində Qara Qarayev prospektində yaşayan Elmira Mustafayevanın mənzilindən 1300 manat, 100 avro və 760 ABŞ dolları oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluğu edən Bakı şəhər sakini Daməd Salayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə