Ötən gecə Salyanda ağır yol qəzası baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. SİA-nın Aran bürosunun məlumatına görə, ağır yol qəzası ötən axşam saatlarında Ələt-Astara magistral yolunun təxminən 70-ci kilometrliyində Salyan rayonun Sarvan kəndi ərazisində baş verib.
Rayonun Şorsulu kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Sabit Kamil oğlu idarə etdiyi "Jiquli" markalı maşınla Bakı istiqamətinə hərəkət edərkən əks istiqamətdən gələn "Daf" markalı yük maşını ilə qarşı-qarşıya toqquşub. Sonra yük maşını yolun kənarına çıxaraq ağaca çırpılıb. İkiyə bölünərək tamamilə yararsız vəziyyətə düşmüş "Jiquli" isə yolun ortasında qalıb.
Qəza zamanı "Jiquli"nin sürücüsü Sabit Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, rayonun Sarvan kənd sakini, 20 yaşlı Rza Qadir oğlu İsmayılov isə ağır yaralanıb.
Hadisə yerinə Dövlət yol patrul xidmətinin əməkdaşları və təcili yardım maşını gəlib. Yaralı təcili yardım maşını ilə dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən yaralıya yardım göstərildikdən sonra reanimasiya şöbəsində yerləşdirilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB