Rusiyada hərbçi 3 azərbaycanlını güllələyib

Rusiyada hərbçi 3 azərbaycanlını güllələyib
RusiyanınYaroslavl vilayətində, Borisoqlebsk rayonunda azərbaycanlılarla rus hərbçilər arasında münaqişə baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə 3-ü azərbaycanlı olmaqla 5 nəfər yaralanıb. Hadisənin təffərüatlarına gəlincə isə insident Ustye çayının sahilində baş verib. Belə ki, bir qrup azərbaycanlı yüksək səslə musiqiyə qulaq asıblar. Bundan narahat olan iki hərbçidən biri onlara yaxınlaşaraq musiqinin səsini azaltmağı xahiş edib. Azərbaycanlı isə səsi azaltmaqdan imtina edib.

Tərəflər arasında münaqişə yaranıb və hərbçi soydaşımıza travmatik tapançadan atəş açıb. Atəş nəticəsində üç azərbaycanlı yaralanıb, soydaşlarımızdan biri silahı hərbçinin əlindən alıb və cavab olaraq o həmin silahdan hərbçiyə və onun dostuna atəş açaraq onları yaralayıb. Hərbçinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə