ABŞ-ın şərqində dəhşətli fırtına nəticəsində ölənlərin sayı 22-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səlahiyyətlilər bölgədə yaşayan təqribən 1,8 milyon adamın üç gündür elektriksiz qaldığını bildiriblər. 10 nəfəri Virciniyadan olmaqla 22 nəfər həyatına itirib. Havanın istiliyinin isə 38 dərəcəyə qalxması və elektrik xətlərini kəsilməsi səbəbindən kondisionerlərin işləməməsi yaşlı insanların həyatında ciddi narahatlıqlara səbəb olub.
Qeyd edək ki, bölgəyə bir neçə gün daha elektrik enerjisinin verilməyəcəyi müəyyənləşib.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB