Şirvanda maşın piyadanı vurub qaçıb. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün axşam saat 22:50 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində avtomobil yolunun kənarında dayanan piyada Şirvan sakini 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlunu VAZ 2106 markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Xoşbəxtlikdən piyada həyatını itirməyib. Xəsarət alaraq Şirvan mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Polis piyadanı vurub hadisə yerindən qaçan avtomabilin axtarışını başlayıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB