Salyanda bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosuna Salyan Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonunun Kürqaraqaşlı kənd sakinləri, 1995-ci il təvəllüdlü Vahid Xeyrulla oğlu Hadıyev və 1990-cı il təvəllüdlü Nemət Heybət oğlu Nəsirov rayon mərkəzində naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.
Hər iki şəxs yaralı vəziyyətdə-birinci sol qasıq nahiyəsinin aorta damarının kəsilmiş yarası, ikinci isə sol bud nahiyəsindən iki bıçaq yarası diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vahid Hadıyevin vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb. Salyan Rayon Polisi tərəfindən hadisəni törədən şəxsin axtarışı davam etdirilir. Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB