Şirvanda maşın piyadanı vurub qaçıb

Şirvanda maşın piyadanı vurub qaçıb

Şirvanda maşın piyadanı vurub qaçdı. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün axşam saat 22:50 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində avtomobil yolunun kənarında dayanan piyada Şirvan sakini 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlunu VAZ 2106 markalı avtomabil vuraraq hadisə yerindən qaçıb. Xoşbəxtlikdən piyada həyatını itirməyib.

Xəsarət alaraq Şirvan mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Polis piyadanı vurub hadisə yerindən qaçan avtomabilin axtarışını başlayıb.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə