Keniyanın şimal qərbində terrorçular tərəfindən 2 kilsəyə basqın edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə zamanı 17 nəfər ölüb, 40 nəfər isə müxtəlif bədən xəsarəti alıb. Qarissia şəhərində baş verən hadisəni silahlı terrorçular törədib və hücum vaxtı əl qumbaralarından istifadə edilib. Ölənlərin arasında 2 polis əməkdaşı da olub. Hadisələrin məsuliyyətini isə heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Keniyada son zamanlar bu kimi terror hadisələri tez-tez həyata keçir. Yerli hökümət "əl-Qaidə"nin bir qolu olan "əş-Şəbab"ı zərərsizləşdirmək üçün ölkə sərhədlərinə qoşunlar göndərdikdən sonra terrorçular Keniyaya müharibə elan edib. Keniya müsəlmanlar şurası isə hadisəyə kəskin olaraq etirazını bildirib.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB