Xızıda yol qəzası can aldı
Xızı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyunun 30-da saat 00:30 radələrində Xaçmaz rayon sakini Əfqan Heydərov idarə etdiyi "Ford Tranzit" markalı avtomaşınla Sumqayıt şəhər sakini Mehman İbrahimovu vurub. Nəticədə M.İbrahimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə