Daşkəsənə yağan yağış ciddi fəsadlara yol açıb - FOTOLAR

Bir nəfər şimşək vurması nəticəsində dünyasını dəyişib


Daşkəsənə yağan güclü yağış bir sıra ciddi fəsadlara yol açıb. Xüsusən rayonun Xoşbulaq və Təzəkənd ərazilərində vəziyyət da ciddidir. Təbii hadisə nəticəsində sel suları bəzi körpüləri yuyub, kənd təsərrüfatına ciddi ziyan vurub və əhalinin mal-qaralarını aparıb.

Hadisə insan təlafatı ilə də müşahidə edilib. Laçın rayon sakini yaylaqda çobanlıq edərkən şimşək vurma nəticəsində həyatını itirib. Hazırda sel sularının qarşısının alınması istiqamətində dağ çaylarından axar sular drenaj kanalları ilə axıdlaraq yaşyayış yerinə dəyə biləcək ziyanını qarşısı alınır. Buna baxmayraq dəyən ziyan hələlik tam aradan qaldırılmayıb. Kənd sakinləri deyir ki, dünən qəfildən başlayan təbii fəlakət son bir neçə ildə ən acır nəticələr verib.

Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq qabaqlayıcı tədbirlərə başlanılıb. İlkin olaraq seldən yarasız vəziyyətə düşən Daşkəsən-Xoşbulaq yolunun müəyyən hissəsində lazımı tədbirlər görülür.

Rayon Fövqaladə Hallar Komissiyası da baş verən hadisə ilə bağlı hərəkətə keçib. Aidiyyəti orqanların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...