Yollar yenə qan gölünə döndü. Bakı–Şamaxı yolunda baş verən yol qəzasında 5 nəfər öldü.
SİA-nın verdiyi məlumata görə, Bakıdan Şamaxı istiqamətində hərəkətdə olan iki asfalt daşıyan avtomaşın yoldan çıxaraq aşıb. Aşan yük maşınının biri 100 metr sürünərək dayanıb. İkinci yük maşını isə qarşı tərəfdən gələn minik maşını ilə toqquşub.
Qəza o qədər güclü olub ki, avtomobildə olan sürücü və 4 sərnişin olmaqla 5 nəfər elə hadisə yerindəcə dünyasını dəyişib. FHN-nin Qəza xilasetmə qrupu əzilmiş maşının içərisindən çətinliklə də olsa meyitlər çıxarılıb. Meyitlər Qobustan morquna yerləşdirilib.
Hadisə zamanı Nadir Abdullayev, Qənəvər Abdullayeva, Rafit Abdullayev, Xoşgün Aslanova və Səkinə Aslanova dünyasını dəyişib.
İlkin ehtimala görə, hadisəyə səbəb Bakı-Şamaxı yolunun 106-cı kilometriliydə baş vermiş sürüşmədir. Məhz bu ərazidə yol 8 metr uçmaqla avtomobillərin hərəkətinə mane olur və sürücülər avtomobili idarə edərkən düzgün manevr hərkətini yerinə yetirə bilmirlər. Bu da belə xoşagəlməz hadisələrlə nəticələnir.
Qeyd edək ki, hər iki yük maşınının içi asfaltla dolu imiş və hər iki yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.
Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB