Mayın 30-da Dübəndi bağ massivində yaşayan Faiq Bəxtiyarova məxsus "VAZ-2106" markalı avtomobil evinin qarşısından qaçırılıb. SİA-nın Bakı Şəhər BPİ-nin Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Neffçala rayon sakini Qələmşah Zalov iyunun 22-də tutulub, avtomobil isə Xırdalan şəhərində saz vəziyyətdə aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB