Xacmazda ölümlə nəticələnən yol nəqliyat hadisəsi baş verib

Xacmazda ölümlə nəticələnən yol nəqliyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 27-ci km–də qeydə alınıb.

26 yaşlı Xaçmaz sakini Rəşad Əmirov idarə etdiyi "Wolsvagen" markalı avtomobil ilə Xudatdan Xaçmaz istiqamətdə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı agaca çırpılıb. Nəticədə avtomobildə olan surucünün anası - 51 yaşlı Dürnisə Əmirovanı aldıgı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Rəşad Əmirov və atası 58 yaşlı Agasəyid Abbas oglu Əmirov yüngül bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdiriliblar.

BDYPİ-nin İstintaq və tədqiqat şöbədinin müstəntiqi Elşən Mürsəliyevin verdiyi məlumata görə, ilkin versiya olaraq qəza sürücünün ehtiyatsızlıqı səbəbindən baş verib. Onun sözlərinə görə qəzaya düzgün hüquqi qiymət təyin olunmuş avtotexniki ekpitizanın rəyindən sonra veriləcək.

Piyadanın ölümünə səbəb olan digər qəza isə Bakı-Quba-Rusiya sərhədi yolunun 119 km-də, Şabran rayon ərazisində qeydə alınıb. 58 yaşlı Quba sakinin Qeybulla Eldarov idarə etdi "Mitsubişi" Pikap markalı avtomobil ilə Quba istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan velosipedçi Xaçmaz rayon sakini 29 yaşlı Anar Abbasovu vurub. Nəticədə Anar Abbasov aldıgı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. BDYPİ-nin Istintaq və Tətqiqat Şöbəsinin Müstətiqi Elşən Mürsəliyev hadisəyə səbəb kimi velosipedçinin avtomobilin hərəkət zolagına çıxmasını göstərib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.


Emin Kərimov, Xaçmaz-Şabran

Bütün xəbərlər Facebook səhifəmizdə