Narkotik satan keçmiş polis işçisi saxlanılıb

Sabirabad polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş polis işçisini saxlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Sabirabad şəhər sakini Taleh Mais oğlu Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Taleh Məmmədovun üzərindən götürülmüş küllü miqdarda narkotik vasitə maddi sübut kimi onunla birlikdə şöbəyə gətirilib. İlkin dindirilmə zamanı Taleh Məmmədov narkotik vasitələrin istifadəçisi olduğunu bildirib.


Qeyd edək ki, bu Taleh Məmmədovun birinci məhkumluq işi deyil. O, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşayıb. Həmin şəxs eyni zamanda ilk dəfə məhkum olmazdan əvvəl polis işçisi olub.

Faktla bağlı rayon polis şöbəsində CM-nin 234.1 maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə