Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, 1970-ci il təvəllüdlü 1 nəfər, 1998-ci il təvəllüdlü 1 uşaq və 2001-ci il təvəllüdlü 2 uşaq Abşeron rayonu "Fatmayi" sularda xilasetmə məntəqəsinin ərazisində dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə