Hcıqabulda sərxoş sürücü idarə etməni itirərək maşının aşırdı.

Hcıqabulda sərxoş sürücü idarə etməni itirərək maşının aşırdı.

Hacıqabulda sərxoş sürücü idarəetməni itirərək avtomobili aşırıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 14:30 radələrində Bakı Qazax yolunun Hacıqabulun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində həmin rayonun Qarasu kənd sakini 1983-cü il təvəllüdlü Nəsirov Şamil Fazil oğlu idarə etdiyi \"Toyota Landgruzer\" markalı 90 MH 446 nömrəli maşınının idarəetməsini itirmə səbəbindən yoldan çıxardaraq aşırıb.

Nəticədə həm sürücü, həm də maşında olan sərnişin, 1983-ci il təvəllüdlü Ədilov Vahid Nuralı oğlu xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Avtomobil isə tamamilə yarasız vəziyyətə düşüb.

Qəzanın baş verməsinə səbəb isə avtomobilin sürücüsünün spirtli içki qəbul edərək sərxoş vəziyyətdə maşını yüksək sürətlə idarə etməsi olub.

Faktla bağlı DYP xidməti tərəfindən araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə