Bakı sakini Xəzərdə çimərkən batıb

Bakı sakini Xəzərdə çimərkən batıb
Bakı sakini Xəzərdə çimərkən batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə 1974-cü il təvəllüdlü Elxan Ağamolla oğlu Quliyevin Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batması barədə məlumat daxil olub.


FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlanıb.

E. Quliyevin cəsədi dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə