Avtomobil qəzasında 8 aylıq körpə can verdi

Ötən gün axşam saat 23:30 radələrində Hacıqabulun Padar kəndində növbəti ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna məlumat verən DYP inispektoru Sahil Ərəbov bildirib ki, Bakı-Qazax yolunun 152-ci kilometrliyində Hacıqabulun Padar kəndi ərazisində Göyçaç rayon sakini, sürücü, 1980-cı il təvəllüdlü Abdullayev Məhəmməd Elxan oğlu idarə etdiyi Passat markalı 90 XJ 338 nömrəli avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Məhəmməd Abdullayev avtomobilin zərbəsindən kənara düşərək maşının altında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. 8 aylıq Abdullayeva Mələk Məhəmməd qızı da hadisə zamanı dünyasını dəyişib. Maşında olan 3 nəfər sərnişin isə mərhumun ailə üzüvləri yüngül dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə