Bakıda İran məxsus gəmidə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda limanda İran İslam Respublikasına məxsus "Niloufar Abi" gəmisinin yük hissəsində "Baku Steel Company" MMC üçün gətirilmiş, təxminən, 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kv.m sahədə yanıb.
Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilib. Söndürülmə işləri davam edir.Yanğın bölmələri hadisə yerində növbə çəkib, gəminin soyudulması üçün tədbirlər görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB