Bir gündə Beyləqanda bir neçə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə Beyləqan rayonu, Allahyarlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan qamışdan ibarət fermanın yanar konstruksiyaları yanıb, 6 baş xırdabuynuzlu heyvan tələf olmub. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmub.
İkinci yanğın Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində (rayon mərkəzindən 13 km aralı) baş verib. Belə ki, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Anolji hadisə rayonun Yeni Mil qəsəbəsində baş verib. Kənd bələdiyyəsinə məxsus ərazidə 2 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB