Pul və zinət əşyaları oğurlayanlar tutulub

Bakının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Rəna Orucovanın mənzilindən açar seçmə yolu ilə içərisində 3000 dollar və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Anar Nəzərov və Mehriban Cabbarova saxlanılıb. Onların üzərinə baxış keçirilən zaman A. Nəzərovda 9 qramdan artıq tiryək aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə