Paytaxtda küllü miqdarda narkotik vasitə aşkar edilib

Paytaxtda küllü miqdarda narkotik vasitə aşkar edilib
Bakının Sabunçu rayonunda küllü miqdarda narkotik vasitə saxlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elxan Babayevdən 140 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə