100 nəfər zəlzələdə həyatını itirdi

Dünən Əfqanıstanda 5,4 və 5,7 bal gücündə baş vermiş zəlzələ və ardınca sürüşmə nəticəsində 100 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fəlakət nəticəsində 20-dən çox ev dağılıb. Baqlan əyalətində xilasedicilər bina dağıntılarının altından bir necə nəfərin cəsədini çıxarıblar. BMT-nin yaydığı məlumata görə, 5 rayon ərazisində evlər dağılıb. Dağılmış evlərin altından sağ adamın çıxarılması cəhdləri hələ ki heç bir nəticə vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə