Kürdə boğulan 19 yaşlı gəncin cəsədi tapıldı

Kürdə boğulan 19 yaşlı gəncin cəsədi tapıldı

Kür çayında boğulan 19 yaşlı gəncin axtarışları başa çatdırılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, iyunun 6-da Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Cəbrayılov Ramin Dilavər oğlunun axtarışları başa çatıb.

Nazirlikdən bildirilib ki, R.Cəbrayılovun cəsədi batdığı yerdən 100 m aralıda dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Cəbrayılov Ramiz Dilavər oğlu aprel ayında hərbi xidmətə çağırılıb. O, xəstəliyi ilə əlaqədar müalicə almaq üçün 20 günlük evə buraxılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə