250 metr hündürlükdən qayanın dibinə yuvarlandı - FOTO

Daşkəsən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, avtoqəza Xoşbulaq-Daşkəsən rayonun 12-ci km-də qeydə alınıb. Laçın rayonundan məcburi köçkün olan Əliyev Azay İsgəndər oğlu rayon mərkəzinə gələrkən idarə etdiyi "NİVA" markalı avtomobillə yol kənarındakı beton səddi aşaraq 250 metr hündürlükdən sərt sıldırım qayanın dibinə yuvarlanıb. Nəticədə sürücü yerindəcə dünyasını dəyişib. İlkin ehtimallara görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub.


Qeyd edək ki, mərhumun meyiti Gəncə şəhərində yerləşən Tibbi Ekspertizaya göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır.


İlham Məmmədov




Bütün xəbərlər Facebook səhifəmizdə