Azərbaycan üç nəfər çayda batıb. SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfər, Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən və Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissələrində hər birində 1 nəfər olmaqla 2 nəfərin çimərkən batmaları barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB