Suraxanı rayon sakini dərman qəbul etdi və həyatını itirdi

Suraxanı rayon sakini dərmandan zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sözügedən rayonun Bülbülə qəsəbə sakini Elvin Yusifov evində qəbul etdiyi dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəstə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə