Bu gün səhər saat 11 radələrində akademik Həsən Əliyev küçəsi 17-də avtomobil qəzası baş verib. SİA-nın məlumatına görə, sürətlə hərəkət edən 10 BG 565 dövlət nömrəli VAZ 21 06 markalı avtomobil yolun kənarında dayanan 90 LB 987 dövlət nişanlı VAZ 21 07 markalı avtomobilə dəyib.

Məlumat üçün bildirək ki, qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmasa da maşınların hər ikisi yararsız vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə