DİN: “Bir kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb”

DİN: “Bir kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb”
Daxili işlər orqanları əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər. Narkotik vasitə ilə tutulmuş Şahin Soltanovun ətrafında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni Şatırlı kənd sakini Fikrət Mirələmovdan alması müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, F.Mirələmov yaxalanıb və onun evinə baxış keçirilib. Evdən 1,5 kiloqram həşiş götürülüb.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə