İki maşın toqquşdu, 1 nəfər öldü, 4 nəfər yaralandı

Binəqədi rayon ərazisində iki minik maşınının toqquşması ilə yol qəzası baş verib. SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mayın 31-i saat 16:30 radələrində Binəqədi şossesində Asim Ağayevin idarə etdiyi "Mersedes" markalı avtomobillə Emin Məmmədovun idarə etiyi "VaZ 2107" markalı avtomobil toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən Nicat Əsədov hadisə yerində ölüb, Elvin Quliyev, digər avtomobilin sürücüsü və sərnişinləri – Kəmalə Ağayeva, Gülər Babayeva və Şövkət Ağayeva KTM-ə yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...