Yevlaxda tükürpədici qəza

Yevlax rayonunda 3 nəfərin ölümü, 3-nün yaralanması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Daxil olan məlumata görə, hadisə bu gün saat 16:30 radələrində Xaldan-Mingəçevir yolunun 1-ci kilometrliyində qeydə alınıb. Yevlax rayonunun Yuxarı Bucaq kənd sakini, 1991-ci il təvəllüdlü Abdullayev Emil Bəxtiyar oğlu idarə etdiyi 66-BG-874 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını ilə qarşı tərəfdən gələn rayonun Havarlı kənd sakini, 1991-ci il təvəllüdlü Tağıyev Natiq İntiqam oğluna məxsus 10-EV-709 dövlət nömrə nişanlı "VAZ 2106" markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və hələ şəxsiyyəti müəyyən edilməyən 10-12 yaşlarında bir uşaq dünyasını dəyişib. Avtomobillərdə olan Mingəçevir və Yevlax sakinləri - 1991-ci il təvəllüdlü İsayev Yavər Yaqub oğlu, 1990-cı il təvəllüdlü Cəfərov Samir Nəriman oğlu və 1980-ci il təvəllüdlü Qarayev Ramil Allahverdi oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Gənclərin öz kəndlərində keçirilən "Son zəng" mərasimlərində yeyib-içdikləri və avtomobili yüksək sürətlə idarə etdikləri bildirilir.


Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə