Bir gündə yol qəzası iki nəfərin həyatına son qoyub

Bir gündə yol qəzası iki nəfərin həyatına son qoyub

Mayın 27-də saat 00.10 radələrində Abşeron rayonu ərazisində, Kürdəmir rayon sakini Rəfael Rüstəmov idarə etdiyi "AzSamand" markalı avtomaşını yol ayrıcına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Həmin gün saat 08.00 radələrində isə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Muxtar Namazəliyev idarə etdiyi "Toyota-Camry" markalı avtomaşınla Tovuz rayon sakini Ayaz Mürsəlovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə