Bakıda növbəti dəfə bomba həyəcanı yaşanıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytınnın verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda müvəqqəti təcridxananın yaxınlığında partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində ərazidə şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 12:20-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə