Dağıstanda neft məhsulları daşıyan yük qatarı partladılıb. Zərərçəkən yoxdur, vaqonlar relsdən çıxmayıb. SİA-nın məlumatına görə, bu barədə məlumat Mahaçqala nəqliyyatda daxili işlər idarəsindən verilib. Hadisə mayın 24-də Açi-İzberbaş stansiyaları arasındakı hissədə baş verib.
İlkin məlumata görə, partlayış qatarlardan birinin təkər cütlüyünə və şpallara ziyan vurub.
Bu sahədə qatarların gedişi dayandırılıb, təmir işləri aparılır. Dərbənd-Mahaçqala elektrik qatarının yola düşməsi yubadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB